satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan - İsveç oyununun biletləri satışa çıxarılıb

Azərbaycan - İsveç oyununun biletləri satışa çıxarılıb

AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan - İsveç oyununun biletləri satışa çıxarılıb.

Naxçıvan televiziyası AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qiymətlər 5, 10, 15, 30 (VİP), 50 (VİP) və 200 (VİP) manatdır.

Azarkeşlər biletləri Gənclik Mall, 28 Mall, Heydər Əliyev Sarayının kassası, Köşk No1, Köşk No2, 1 Saylı ASAN xidmət mərkəzi, 2 Saylı ASAN xidmət mərkəzi, 3 Saylı ASAN xidmət mərkəzi, 4 Saylı ASAN xidmət mərkəzi, 1 Saylı Sumqayıt Regional ASAN xidmət mərkəzi və “iticket.az” satış məntəqələrindən əldə edə bilərlər.

Qeyd edək ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq Azərbaycan - İsveç görüşü saat 21:00-da start götürəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM