satellite   Azerspace-1: 11135 H 30000

“Xankəndi” minifutbol komandasının yaradılmasına qərar verilib

“Xankəndi” minifutbol komandasının yaradılmasına qərar verilib

“Xankəndi” minifutbol komandasının yaradılmasına qərar verilib.

Naxçıvan televiziyası-ın məlumatına görə, Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Orxan Məmmədov milli komandanın sabiq futbolçuları ilə görüşüb.

Tədbirdə Əfran İsmayılov, Rəşad Sadiqov, Kamran Ağayev, Cavid Hüseynov, Rahid Əmirquliyev, Elvin Məmmədov, Ruslan Əmircanov, Cavid İmamverdiyev və Elhad Nəzirov kimi tanınmış simalar iştirak ediblər. AMF-nin prezidenti Azərbaycan yığmasının sabiq futbolçularının minifutbola maraq göstərməsindən məmnun olduğunu bildirib.

Minifutbolun ölkəmizdəki inkişafından və kütləviliyindən danışan Orxan Məmmədov tədbir iştirakçıları ilə söhbətləşib və onların fikirlərini dinləyib. Yekunda millinin sabiq futbolçularından ibarət “Xankəndi” komandasının yaradılmasına və minifutbol üzrə ölkə çempionatında iştirakına qərar verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM