satellite   Azerspace-1: 11135 H 30000

Paris olimpiadasına az qalmış Fransa hələ də yarışların təhlükəsizliyini təmin etməkdə acizdir

Paris olimpiadasına az qalmış Fransa hələ də yarışların təhlükəsizliyini təmin etməkdə acizdir

Fransa çempionatının X turunun “Marsel”–“Lion” oyunu zamanı baş vermiş insident zamanı 5 polis əməkdaşı yaralanıb və 9 nəfər həbs edilib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Fransa daxili işlər naziri Jerald Darmanen yerli mətbuata açıqlamasında məlumat verib.

O bildirib ki, yerli azarkeşlərin qonaq komandanı daşıyan avtobusa hücumu nəticəsində Fabio Qrosso və köməkçisi Raffaele Lonqo müxtəlif dərəcəli xəsarətlər alıblar.

Bu səbəbdən qarşılaşma Fransa Futbol Federasiyası tərəfindən ləğv edilib.

Baş vermiş hadisə ilə bağlı bəyanat yayan “Marsel” klubunun rəhbərliyi futbol dünyasında və cəmiyyətdə yeri olmayan bu zorakı davranışı qətiyyətlə pisləyib: "Bir neçə şüursuz insan üzündən planlaşdırılan bayram korlandı və 65000 azarkeş futbol matçına gəlməkdən məhrum oldu”, - deyə açıqlamada qeyd edilib.

J.Darmanen mətbuata açıqlamasında hadisəyə görə məsuliyyəti klubların üzərinə ataraq, görüşün təhlükəsizliyini təmin etmək üçün 500 polis əməkdaşının səfərbər edildiyini xatırladıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM