satellite   Azerspace-1: 11135 H 30000

Lionel Messi 8-ci dəfə “Qızıl top”u qazanıb - FOTOLAR

Lionel Messi 8-ci dəfə “Qızıl top”u qazanıb<font color=red> - FOTOLAR</font> Lionel Messi 8-ci dəfə “Qızıl top”u qazanıb<font color=red> - FOTOLAR</font>

“France Football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatının qalibi müəyyənləşib.

Naxçıvan televiziyası-ın məlumatına görə, bu mükafata ABŞ-nin “İnter Mayami” klubunun kapitanı Lionel Messi layiq görülüb.

Argentinalı hücumçu karyerasında 8-ci dəfə titula sahib çıxıb. 36 yaşlı futbolçuya mükafatı “İnter Mayami”nin sahibi, əfsanəvi ingiltərəli futbolçu Devid Bekhem təqdim edib.

Lionel Messi 2022-ci ilin noyabr-dekabr aylarında Qətərdə keçirilən dünya çempionatının qalibi olub. O, daha əvvəl 2009, 2010, 2011, 2012, 2015, 2019 və 2021-ci illərdə “Qızıl top”un sahibi olub.

2023-cü ilin ən yaxşı qadın futbolçusu isə İspaniya yığmasının və bu ölkənin “Barselona” klubunun 25 yaşlı yarımmüdafiəçisi Aytana Bonmati seçilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM