satellite   Azerspace-1: 11135 H 30000

“Araz Naxçıvan”ın oyunçusu 4 oyunluq diskvalifikasiya olunub

“Araz Naxçıvan”ın oyunçusu 4 oyunluq diskvalifikasiya olunub

AFFA İntizam Komitəsi “Araz Naxçıvan” futzal klubunun oyunçusu Mateus Lukas Dos Santosu 4 oyunluq diskvalifikasiya edib.

Naxçıvan televiziyası xəbər verir ki, buna səbəb onun Yüksək Liqanın IV turunda “Record club”a qarşı oyundakı təcavüzkar davranışı olub.

Qarşılaşmanın 26-cı dəqiqəsində rəqibi bilərəkdən ayaqla vurduğuna görə birbaşa qırmızı vərəqə alan Mateus komandasının qarşıdakı 4 oyununu buraxacaq.

Qeyd edək ki, görüş “Araz Naxçıvan”ın 6:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM