satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Kubokunda son 17 mövsümün rekordu yenilənəcək

Azərbaycan Kubokunda son 17 mövsümün rekordu yenilənəcək

Azərbaycan Kubokunun 2023/2024 mövsümündə iştirakçı sayı baxımından son 17 mövsümün rekordu yenilənəcək.

Naxçıvan televiziyası xəbər verir ki, 32-ci dəfə təşkil olunacaq yarışda 34 komanda mübarizə aparacaq.

Bu, Peşəkar Futbol Liqasının bayrağı altında keçirilən turnirlər üçün mütləq rekorddur. 2008-ci ildə yaradılan qurumun təşkil etdiyi əvvəlki 15 mövsümün rekordu 22 komandanın kuboka qatılması idi. Buna 2010/2011 mövsümündə təsadüf olunub.

34-dən çox komandanın iştirakı isə sonuncu dəfə 2006/2007 mövsümünə təsadüf edib. Həmin vaxt 35 kollektiv yarışa qoşulmuşdu.

Qeyd edək ki, mütləq rekord 1993/1994 mövsümündə gerçəkləşib. Həmin vaxt kubok uğrunda 45 komanda mübarizə aparıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM