satellite   Azerspace-1: 11135 H 30000

“Qarabağ” - “Bayer 04” oyununa 15 000 bilet satılıb

“Qarabağ” - “Bayer 04” oyununa 15 000 bilet satılıb

“Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində Almaniyanın “Bayer 04” klubuna qarşı keçirəcəyi ev oyununa 15 000 bilet satılıb.

Naxçıvan televiziyası-ın Ağdam klubunun feysbuk səhifəsinə istinadən məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma üçün bilet satışı davam edir.

Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manatdır.

Satış məntəqələri Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu, Tofiq Bəhramov adına Respublika stadionunun kassalarıdır. “Changan Azerbaijan”da isə VIP və CAT 1 biletlər satılacaq.

Qeyd edək ki, noyabrın 9-da keçiriləcək “Qarabağ” – “Bayer 04” oyunu saat 21:45-də başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM