satellite   Azerspace-1: 11135 H 30000

Kilian Mbappe yeni nailiyyətə imza atıb

Kilian Mbappe yeni nailiyyətə imza atıb

PSJ klubunun ulduz futbolçusu Kilian Mbappe yeni uğura imza atıb.

Naxçıvan televiziyası Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı hücumçu bir Fransa klubunun heyətində yüksək səviyyəli yarışlarda ən çox qol vuran oyunçuların reytinqində ikinci pilləyə yüksəlib.

Mbappe bu il ərzində sabiq komanda yoldaşı Edinson Kavanini (200 qol), Herve Revellini ("Sent-Etyen"də 214 qol), bir neçə gün əvvəl isə Fleri Di Nallonu ("Lion"da 222 qol) geridə qoyub.

Forvard Paris təmsilçisindəki qollarının sayını 224-ə çatdırıb. Rekord isə 1933-1952-ci illərdə "Soşo"da 253 qolla yadda qalan Roje Kurtuaya məxsusdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM