satellite   Azerspace-1: 11135 H 30000

"France Football" "Qızıl top" mükafatı üçün səsvermənin nəticələrini açıqlayıb

"France Football" "Qızıl top" mükafatı üçün səsvermənin nəticələrini açıqlayıb

Fransanın "France Football" nəşri "Qızıl top" mükafatı üçün səsvermənin nəticələrini açıqlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, mükafatı qazanan ABŞ-nin "İnter Mayami" klubunun hücumçusu Lionel Messi 462 xal toplayıb.

Argentinalı dünya çempionu ən yaxın izləyicisini, İngiltərə "Mançester Siti"sində çıxış edən norveçli Erlinq Holannı 105 xal qabaqlayıb. Üçüncü yeri tutan Fransa millisinin və PSJ klubunun futbolçusu Kilian Mbappe isə 270 xal toplayıb.

Qeyd edək ki, Lionel Messi karyerası ərzində 8-ci dəfə "Qızıl top" mükafatını qazanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM