satellite   Azerspace-1: 11135 H 30000

Premyer Liqa: “Araz-Naxçıvan”ın uğurlu seriyası qırılıb

Premyer Liqa: “Araz-Naxçıvan”ın uğurlu seriyası qırılıb

Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.

Naxçıvan televiziyası xəbər verir ki, Sumqayıtın eyniadlı klubu doğma meydanda “Araz-Naxçıvan”ı qəbul edib. Rəqibini iki cavabsız qolla üstələyən “Gənclik şəhəri” təmsilçisi rəqibinin 4 oyunluq məğlubiyyətsizlik seriyasına son qoyub.

Meydan sahiblərinin heyətində 15-ci dəqiqədə Rövlan Muradov və 69-cu dəqiqədə Roy Kehat fərqləniblər.

Bu qələbədən sonra xallarını 18-ə çatdıran “Sumqayıt” beşinci pilləyə yüksəlib. 20 xalı olan “Araz-Naxçıvan” isə 4-cü sırada qalıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Səbail" "Turan Tovuz”u 2:1, “Qarabağ” “Kəpəz” 7:1 hesabları ilə məğlub edib.

Tura noyabrın 5-də keçiriləcək “Qəbələ”–“Neftçi” və “Sabah”-“Zirə” matçları ilə yekun vurulacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM