satellite   Azerspace-1: 11135 H 30000

Premyer Liqa: bu gün "Neftçi" "Qəbələ" ilə, "Zirə" isə "Sabah"la səfərdə qarşılaşacaq

Premyer Liqa: bu gün "Neftçi" "Qəbələ" ilə, "Zirə" isə "Sabah"la səfərdə qarşılaşacaq

Bu gün Azərbaycan Premyer Liqasında XII tura yekun vurulacaq.

Naxçıvan televiziyası-ın məlumatına görə, son gündə iki oyun keçiriləcək.

Əvvəlcə “Neftçi” meydana çıxacaq. “Ağ-qaralar” autsayderlər zonasında qərarlaşan “Qəbələ”nin qonağı olacaq. Adrian Mutunun yetirmələri liderlər qrupundan daha da uzaq düşməmək üçün səfərdə mütləq qalib gəlməlidirlər.

Tur paytaxt derbisi ilə başa çatacaq. Uğursuz mövsüm keçirən “Sabah” əks qrafik cızaraq liderlər qrupunda yer alan “Zirə”ni qəbul edəcək. Rəşad Sadıqovun kollektivi liderliyi itirməmək üçün çətin səfər görüşündə hesabına 3 xal yazdırmalıdır.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Səbail" "Turan Tovuz"u (2:1), "Qarabağ" "Kəpəz"i (7:1), "Sumqayıt" isə "Araz-Naxçıvan"ı (2:0) məğlub ediblər.

Premyer Liqa

XII tur

5 noyabr

16:00. “Qəbələ” – “Neftçi”

Baş hakim: Kamal Umudlu

Qəbələ şəhər stadionu

18:30. “Sabah” – “Zirə”

Baş hakim: Tural Qurbanov

“Bank Respublika Arena”

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM