satellite   Azerspace-1: 11135 H 30000

“Bayer 04” “Qarabağ”la oyunöncəsi Bakıda məşq etməyəcək

“Bayer 04” “Qarabağ”la oyunöncəsi Bakıda məşq etməyəcək

Almaniyanın “Bayer 04” komandası UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la oyunöncəsi Bakıda məşq etməyəcək.

Naxçıvan televiziyası-ın məlumatına görə, Leverkuzen təmsilçisi bununla bağlı UEFA-dan xüsusi icazə alıb.

Xabi Alonsonun baş məşqçisi olduğu komanda noyabrın 8-də gecə saatlarında Bakıda olacaq. İspaniyalı mütəxəssisin mətbuat konfransı da təşkil olunmayacaq.

“Qarabağ”ın son məşqi isə həmin gün saat 17:30-da qarşılaşmanın gerçəkləşəcəyi Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq. Bundan 15 dəqiqə əvvəl baş məşqçi Qurban Qurbanov media nümayəndələri önünə çıxacaq.

Qeyd edək ki, noyabrın 9-da keçiriləcək “Qarabağ” – “Bayer 04” matçı saat 21:45-də start götürəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM