satellite   Azerspace-1: 11135 H 30000

“Neftçi”nin iki futbolçusu Premyer Liqanın tarixinə düşüb

“Neftçi”nin iki futbolçusu Premyer Liqanın tarixinə düşüb

Azərbaycan Premyer Liqasının XII turu “Neftçi”nin iki futbolçusu üçün yubileylə əlamətdar olub.

Naxçıvan televiziyası Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Filip Ozobiç Azərbaycan çempionatlarında 150-ci oyununu sabiq komandası “Qəbələ”yə qarşı keçirib. Onun hesabında 51 qol var. 2016/2017-ci illər mövsümündə bu klubda debüt edən yarımmüdafiəçi Qəbələnin eyniadlı təmsilçisində 46 (16 qol), “Qarabağ”da 95 (35 qol) oyunda forma geyinib. “Ağ-qaralar”ın heyətindəki 9-cu görüş F. Ozobiç üçün ümumilikdə 150-ci olub.

“Qəbələ” ilə qarşılaşmada 2-ci qolun müəllifi olan Rəhman Hacıyev Azərbaycan çempionatlarında 30-cu dəfə fərqlənib. Yarımmüdafiəçi buna 260-cı matçında nail olub. Hacıyev “Neftçi”də 17, “Şamaxı”da 8, “Sumqayıt”da 3, “Bakı”da 2 qola sevinib. O, ilk dəfə 2011/2012-ci illər mövsümündə paytaxtın eyniadlı klubunda rəqib qapısına yol tapıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM