satellite   Azerspace-1: 11135 H 30000

Bakıda kursantlar arasında beynəlxalq idman yarışlarına start verilib

Bakıda kursantlar arasında beynəlxalq idman yarışlarına start verilib

Noyabrın 6-da Heydər Əliyev adına Hərbi İnstitutda Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələrinin kursantları arasında beynəlxalq idman yarışlarına start verilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası-a bildirilib ki, yarışların açılış mərasimində əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb. Hərbi orkestrin müşayiəti ilə hər üç ölkənin Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edənlər şəxsi heyətin fiziki hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələrinin kursantlarının iştirakı ilə keçirilən belə tədbirlərin əhəmiyyətindən danışıb, komandalara uğurlar arzulayıblar.

Bildirilib ki, futbol, voleybol, üzgüçülük və yüngül atletika üzrə keçirilən yarışlarda ümumilikdə 80 hərbi qulluqçu iştirak edir.

İlkin mərhələdə “Azərbaycan” və “Türkiyə” komandaları arasında futbol və voleybol üzrə yarışlar keçirilib.

Qeyd edək ki, noyabrın 10-dək davam edəcək beynəlxalq yarışların yekununda qaliblər diplom, fəxri fərman və medallarla mükafatlandırılacaqlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM