satellite   Azerspace-1: 11135 H 30000

Kubok oyununun penalti seriyasında qapılara 44 zərbə vurulub

Kubok oyununun penalti seriyasında qapılara 44 zərbə vurulub

Şimali İrlandiya Liqa Kuboku oyununun penalti seriyasında qapılara 44 zərbə vurulub.

Naxçıvan televiziyası xəbər verir ki, bu, 1/8 final mərhələsinin “Ballimena” – “Kolerayn” görüşündə baş verib.

Əsas vaxtı 1:1 hesabı ilə başa çatan matçda penaltilər seriyasına ehtiyac duyulub. Burada isə komandalar hərəyə 22 dəfə zərbə vurublar. Yekunda “Kolerayn” 18:17 hesablı qələbə qazanaraq, mərhələ adlayıb.

Bu, futbol tarixinin ən uzun üçüncü penalti seriyası olub. Keçmişdə Namibiya Kubokunun “Pelas” – “Siviks” görüşündə qalibi müəyyənləşdirmək üçün 48, İngiltərənin aşağı divizionunun “Vaşinqton” – “Bedlinqton” matçında isə 54 penalti zərbəsinə ehtiyac duyulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM