satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan – İsveç oyunu qadın hakimə tapşırılıb

Azərbaycan – İsveç oyunu qadın hakimə tapşırılıb

AVRO-2024-ün seçmə mərhələsində Bakıda Azərbaycan və İsveç yığmaları arasında keçiriləcək oyunun təyinatları açıqlanıb.

Naxçıvan televiziyası UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma İsveçrədən olan hakimlər briqadasına həvalə olunub.

Matçı qadın referi Ester Ştaubli idarə edəcək. Onun köməkçiləri Yonas Erni və Süzanna Künq olacaqlar. Dördüncü hakim funksiyasını Mirel Turkes yerinə yetirəcək. VAR sisteminə Lukas Fandrix nəzarət edəcək. Lionel Tsçudi isə onun köməkçisi olacaq.

Qeyd edək ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək Azərbaycan – İsveç oyunu saat 21:00-da başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM