satellite   Azerspace-1: 11135 H 30000

“Real” “Qarabağ”ın Avropa Liqasındakı rəqibinin üç futbolçusu ilə maraqlanır

“Real” “Qarabağ”ın Avropa Liqasındakı rəqibinin üç futbolçusu ilə maraqlanır

Almaniya təmsilçisi “Bayer 04”ün üç futbolçusu Madrid “Real”ının maraq dairəsinə düşüb.

Naxçıvan televiziyası-ın məlumatına görə, bu barədə “Football Transfers” məlumat yayıb.

İspaniya klubunun müdafiəçi Ceremi Frimponq, yarımmüdafiəçi Florian Virts və hücumçu Viktor Bonifasla maraqlandığı iddia olunur.

Bu mövsüm Frimponq 16 oyun keçirib, 5 qol vurub və 7 məhsuldar ötürmə edib. Virtsin 17 oyunda 6 qol və 10 məhsuldar ötürməsi var, Bonifas isə 16 oyunda 11 qol vurub, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, Leverkuzen təmsilçisi UEFA Avropa Liqasının H qrupunda Azərbaycan çempionu “Qarabağ”ın rəqibidir. Turnir çərçivəsində keçirilən son matçda “köhlən atlar” almanlara uduzub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM