satellite   Azerspace-1: 11135 H 30000

Avropa çempionatlarında ən çox qol vuran futbolçuların adları açıqlanıb

Avropa çempionatlarında ən çox qol vuran futbolçuların adları açıqlanıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Avropa çempionatlarında ən çox qol vuran futbolçuların adlarını açıqlayıb.

Naxçıvan televiziyası qurumun rəsmi saytına istinadən xəbər verir ki, araşdırma zamanı oyunçuların qitə birinciliklərinin seçmə və final mərhələlərində vurduqları qollar nəzərə alınıb.

Siyahıya Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu başçılıq edir. Ulduz futbolçu 67 matçda 54 dəfə rəqib qapılarına yol tapıb. Ronaldu bunun 40-nı seçmə, 14-nü isə final mərhələlərində vurub. O, ən yaxın izləyicisindən iki dəfə çox fərqlənib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM