satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan – İsveç oyununa satılan bilet sayı açıqlanıb

Azərbaycan – İsveç oyununa satılan bilet sayı açıqlanıb

AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan – İsveç oyunu üçün satılan bilet sayı açıqlanıb.

AFFA-nın mətbuat xidmətindən Naxçıvan televiziyası-a verilən məlumata görə, bu günə qədər 3120 azarkeş bilet əldə edib.

Qiymətlər 3-cü kateqoriya üçün 5, 2-ci kateqoriyaya 10, 1-ci kateqoriyaya 15 manat təşkil edir. VİP biletlər isə 30, 50 və 200 manatdır.

Azarkeşlər Gənclik Mall, 28 Mall, Heydər Əliyev Sarayının kassası, Köşk No1 (Sahil m. M.Rəsulzadə 3), Köşk No2 (Bülbül prospekti, Nizami küç.), 1 Saylı ASAN xidmət mərkəzi, 2 Saylı ASAN xidmət mərkəzi, 3 Saylı ASAN xidmət mərkəzi, 4 Saylı ASAN xidmət mərkəzi və 1 Saylı Sumqayıt Regional ASAN xidmət mərkəzindən bilet ala bilərlər.

Qeyd edək ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – İsveç oyunu saat 21:00-da başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM