Sinoptiklər ölkə ərazisində gözlənilən yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər

Sinoptiklər ölkə ərazisində gözlənilən yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar xəbərdarlıq ediblər

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında aprelin 9-dan 10-na keçən gecədən başlayaraq aprelin 12-dək şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-20 metr olacağı, arabir 23-25 metrədək, aprelin 10-u gün ərzində, aprelin 11-i gecə və səhər bəzi yerlərdə arabir 28 metrədək güclənəcəyi gözlənilir.

Xidmətdən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, Azərbaycanın əsasən şimal və qərb rayonlarında aprelin 10-u günün ikinci yarısından aprelin 12-si gündüzədək şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, sürəti arabir 18-23 metr/saniyə olacaq, aprelin 10-11-də ayrı-ayrı yerlərdə arabir 25-30 metr/saniyəyədək güclənəcək. Çaylarda sululuğun artacağı gözlənilir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM