satellite   Azerspace-1: 11135 H 30000

Sabah ölkədə havanın temperaturu 27 dərəcəyədək yüksələcək

Sabah ölkədə havanın temperaturu 27 dərəcəyədək yüksələcək

Azərbaycanda noyabrın 9-na gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Naxçıvan televiziyası-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 13-17°, gündüz 18-23° isti olacağı ehtimal edilir.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14°, gündüz 22-27° isti, dağlarda 0-5°, gündüz 8-13° isti olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM