satellite   Azerspace-1: 11135 H 30000

BƏƏ-nin aviaşirkəti Soçi və Mineralnıye Vodıya uçuşların dayandırılması müddətini uzadıb

BƏƏ-nin aviaşirkəti Soçi və Mineralnıye Vodıya uçuşların dayandırılması müddətini uzadıb

“Flydubai” (BƏƏ) aviaşirkəti Dubaydan Mineralnıye Vodı və Soçiyə uçuşların dayandırılması müddətini yanvarın 22-dək uzadıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə şirkətin nümayəndəsi "İnterfaks" agentliyinə bildirib.

"Texniki səbəblərə görə “Flydubai” aviaşirkətinin Dubay Beynəlxalq Hava Limanı ilə Mineralnıye Vodı və Soçi hava limanları arasında uçuşları 22 yanvar 2025-ci il tarixinədək müvəqqəti olaraq dayandırılıb", - o bildirib.

Daha əvvəl aviaşirkət dekabrın 28-dən 2025-ci il yanvarın 5-dək Soçi və Mineralnıye Vodıdan Dubaya reysləri ləğv etmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

09:48 09.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM