2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda kredit kartları ilə aparılan əməliyyatların həcmi 7 milyard 890 milyon manat təşkil edib.
NUHÇIXAN xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 40.7% və ya 2 milyard 282 milyon manat artıb.
Qeyd edək ki, hesabat dövründə kredit kartları ilə aparılan əməliyyatların 4 milyard 313 milyon manatı elektron ticarət vasitəsi ilə, 1 milyard 937 milyon manatı POS-terminallar vasitəsi ilə, 1 milyard 321 milyon manatı bankomatlar vasitəsi ilə, 307 milyon manatı ölkə xarici əməliyyatlar vasitəsi ilə 9 milyon manatı isə özünəxidmət terminalları vasitəsi ilə həyata keçirilib.
Xatırladaq ki, 2024-cü il dekabr ayının 1-nə ölkədə kredit kartlarının sayı 2 milyon 248 min təşkil edib.