satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan bitkiçilik məhsullarının Rusiyaya ixracına dair elektron sertifikatlaşmanı başa çatdırıb

Azərbaycan bitkiçilik məhsullarının Rusiyaya ixracına dair elektron sertifikatlaşmanı başa çatdırıb

Azərbaycanın bitkiçilik məhsullarının Rusiyaya ixracı ilə bağlı elektron sertifikatlaşma işləri başa çatıb.

NTV xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyev Bakıda keçirilən IV Aqrobiznesin İnkişafı Forumunda bildirib.

"Fitosanitariya sahəsində iki ölkənin sistemləri inteqrasiya edilib. Hazırda biz heyvandarlıq məhsullarının ixracı ilə bağlı işləri inkişaf etdirməyə çalışırıq", - deyə o qeyd edib.

AQTA rəsmisi əlavə edib ki, Azərbaycanın quşçuluq məhsullarının ərəb ölkələrinə, eyni zamanda ABŞ-yə ixracı ilə bağlı da işlər görülməkdədir: "Heyvan mənşəli məhsulların ixracı ilə bağlı çox vacib şərtlərdən biri də ölkədə xəstəliklərdən azad zonaların yaradılmasıdır. Bununla bağlı da müəyyən nailiyyətlər əldə etmişik. Artıq Azərbaycan xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad ölkə statusu alıb".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM