satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Gürcüstan və Ukraynaya pomidor tədarükünü kəskin artırıb

Azərbaycan Gürcüstan və Ukraynaya pomidor tədarükünü kəskin artırıb

Ötən il Azərbaycan 192,5 milyon ABŞ dolları dəyərində 172 min 864 ton pomidor ixrac edib.

NTV-nin  Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin göstəricisindən dəyər ifadəsində 10 %, kəmiyyət olaraq – 19 % çoxdur.

Azərbaycan Rusiyaya 181,7 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən % çox) 166 min 113 ton (+17 %), Belarusa 7,8 milyon ABŞ dolları dəyərində (+53 %) 3 min 790 ton (+60 %), Polşaya 1,4 milyon ABŞ dolları dəyərində (+71 %) 962 ton (+74 %), Gürcüstana 1,1 milyon ABŞ dolları dəyərində (+3 dəfə) 1 min 685 ton (+dəfə), Ukraynaya 281 min ABŞ dolları dəyərində (+dəfə) 242 ton (+2,7 dəfə) məhsul satıb.

Hesabat dövründə Azərbaycan 1,7 milyon ABŞ dolları dəyərində (+2,3 dəfə) 1 min 714 ton (+45 %) pomidor idxal edib.

Azərbaycan Türkmənistandan 673,7 min ABŞ dolları dəyərində (+45 %) 635,52 ton (-23 %), Rusiyadan 536,8 min ABŞ dolları dəyərində 536,2 ton (1 il əvvəl tədarük olmayıb), İrandan 421 min ABŞ dolları dəyərində (+3,6 dəfə) 462 ton (+2,2 dəfə), Türkiyədən 86 min ABŞ dolları dəyərində (+51 %) 80 ton (-7 %), Niderlanddan 0,5 min ABŞ dolları dəyərində 0,05 ton (1 il əvvəl tədarük olmayıb) məhsul alıb.

2024-cü ildə Azərbaycana idxal edilmiş 1 min 184 ton pomidorun 70 %-i Türkmənistanın payına düşüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM