satellite   Azerspace-1: 11135 H 30000

Orxan Məmmədov: WUF13 kiçik və orta bizneslərin beynəlxalq tərəfdaşlarla əlaqələr qurmasına imkanlar yaradır

Orxan Məmmədov: WUF13 kiçik və orta bizneslərin beynəlxalq tərəfdaşlarla əlaqələr qurmasına imkanlar yaradır

Bakıda davam edən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) kiçik və orta bizneslər (KOB) üçün beynəlxalq tərəfdaşlarla əlaqələrin qurulması, yeni biznes əməkdaşlıqlarının yaradılması, qabaqcıl təcrübələrin öyrənilməsi və dayanıqlı şəhər inkişafına töhfə verən innovativ məhsul, xidmət və həllərin təqdim olunması üçün dəyərli imkanlar yaradır.

NTV xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov WUF13 çərçivəsində “Urban Expo” sərgisindəki Biznes və İnnovasiya Mərkəzində “Kiçik və orta bizneslərin dayanıqlı, inklüziv və davamlı şəhərlərin qurulmasında əsas iştirakçı kimi rolunun gücləndirilməsi” mövzusunda panel müzakirəsindəki çıxışında deyib.

“Bu baxımdan, bugünkü panel müzakirəsi KOB-ların dayanıqlı, inklüziv və davamlı şəhərlərin formalaşdırılmasında əsas iştirakçılar kimi rolunun vurğulanması, həmçinin dövlət qurumları, beynəlxalq təşkilatlar və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi üçün mühüm platforma rolunu oynayır. Əminəm ki, bugünkü müzakirələr faydalı fikir mübadiləsinə şərait yaradacaq və həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə dayanıqlı şəhər inkişafı istiqamətində əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcək”. – deyə o əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM