satellite   Azerspace-1: 11135 H 30000

Mərkəzi Bank qiymətli kağızların icarəyə verilməsi əməliyyatının tətbiqinə başlayıb

Mərkəzi Bank qiymətli kağızların icarəyə verilməsi əməliyyatının tətbiqinə başlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta ehtiyatlarının idarə edilməsi üzrə tətbiq etdiyi alətlərin diversifikasiyası və gəlirliliyin artırılması istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində iyulun 23-dən etibarən ilk dəfə olaraq qiymətli kağızların icarəyə verilməsi (securities lending) əməliyyatının tətbiqinə başlayıb.

AMB-dən NTV-yə bildirilib ki, qiymətli kağızların icarəyə verilməsi proqramı Mərkəzi Bankın uzunmüddətli tərəfdaşı və qlobal kastodian bankı olan “Bank of Nyu York Mellon” (BNYM) tərəfindən həyata keçiriləcək.

Proqram çərçivəsində BNYM tərəfindən Mərkəzi Bankın portfelində olan 1 milyard ABŞ dollarınadək həcmdə borc qiymətli kağızlarının beynəlxalq maliyyə bazarlarında qısamüddətli əsasda icarəyə verilməsi nəzərdə tutulur.

“Qeyd olunan proqram Mərkəzi Bankın valyuta ehtiyatlarının təhlükəsizlik və likvidlik prinsipləri qorunmaqla əlavə gəlir əldə edilməsinə töhfə verəcək. Mərkəzi Bank beynəlxalq qabaqcıl təcrübəyə uyğun olaraq valyuta ehtiyatlarının idarə edilməsi çərçivəsinin təkmilləşdirilməsi və ehtiyatların səmərəli idarə olunması istiqamətində tədbirləri bundan sonra da davam etdirəcək”, - deyə AMB-nin məlumatında bildirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM