satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda ipəkçilik sahəsi üzrə yeni dövlət standartı qəbul edilib

Azərbaycanda ipəkçilik sahəsi üzrə yeni dövlət standartı qəbul edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən ipəkçilik sahəsi üzrə yeni AZS 998:2026 “Sənaye qrenası. Texniki şərtlər” dövlət standartı qəbul edilib.

AZSTAND-dan NTV-yə bildirilib ki, yeni standart ipəkçilik sahəsi üzrə istehsal prosesində vahid texniki tələblərin müəyyən edilməsinə, yüksək keyfiyyətli və sağlam ipəkqurdunun sənaye qrenasının istehsalının təmin olunmasına, məhsulun bioloji göstəricilərinin sabit saxlanılmasına, istehlakçılara təqdim olunan məhsulun etibarlılığının artırılmasına xidmət edir.

Standart, həmçinin qrenanın keyfiyyət göstəricilərinin obyektiv qiymətləndirilməsi, məhsuldarlığın yüksəldilməsi, genetik resursların qorunması və damazlıq işinin səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Sözügedən dövlət standartı layihəsi AZSTAND tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq və Balıqçılıq Elmi Tədqiqat İnstitutunun bazasında təsis edilmiş “Heyvandarlıq, quşçuluq, arıçılıq, balıqçılıq, baramaçılıq və yemçilik sahəsi”nin standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 24) təqdimatı əsasında qəbul olunaraq Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Zelenski ABŞ-a səfər edib

11:40 28.07.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM