Naxçıvanda ümumi daxili məhsul istehsalı bu il 557 milyon 426 min manatdan çox olub - VİDEO

Muxtar respublikanın iqtisadi inkişafında əsas prioritetlərindən biri də xarici ticarət əlaqələrinin genişləndirilməsi, ixrac potensialının gücləndirilməsidir. Naxçıvanda çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər “İxrac ili” elan edilən 2021-ci ilin ilk rübündə də davam etdirilib.

2021-ci ilin ilk rübündə inkişafı xarakterizə edən əsas göstərici kimi ümumi daxili məhsul istehsalı 557 milyon 426 min 300 manat olub. Bu  rəqəmlər bir il öncəki göstəricidən 0,6 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,3 faiz artaraq 1207 manatı ötüb.

NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan televiziyasının əməkdaşlarının mövzu ilə bağlı hazırladıqları videomaterialı təqdim edir:

Röyal Kərimov

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM