Naxçıvanda 3 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkarlanıb

Naxçıvanda 3 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkarlanıb

Bu barədə  Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərdə bildirilib. Belə ki, Xidmət və onun yerli qurumları tərəfindən iyul ayında muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə yoxlama və monitorinqlər davam etdirilib, 3 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar olunub. Məlum olub ki, həmin vergi ödəyicilərinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişindaşıma ilə məşğul olub. Barələrində qanunamüvafiq tədbirlər görülüb.

Həmçinin vergidənyayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 1 vergi ödəyicisində xronometraj metodu ilə müşahidə aparılıb və müşahidəyədək olan dövriyyə ilə müqayisədə artım qeydə alınıb, nəticədə qanunvericiliyə uyğun olaraq müəyyən olunmuş əlavə vergi məbləğinin büdcəyə ödənilməsi təmin edilib.

 

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM