Füzuli aeroportunun açılışı Rumıniya mətbuatının da diqqət mərkəzində olub

Füzuli aeroportunun açılışı Rumıniya mətbuatının da diqqət mərkəzində olub

Rumıniyanın “News24hours” xəbər portalında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanının açılışı mərasimindəki iştirakı barədə yazı dərc olunub.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, xəbərdə Azərbaycan və Türkiyə prezidentlərinə Füzuli Beynəlxalq Hava Limanının rəmzi açarlarının təqdim olunduğu bildirilib.

Bundan əlavə, Azərbaycan və Türkiyə prezidentlərinin Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməlqoyma mərasimində iştirak etdikləri də vurğulanıb.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM