Zəngilan Beynəlxalq Hava Limanının terminalında görülən işlər avqustda başa çatacaq

Zəngilan Beynəlxalq Hava Limanının terminalında görülən işlər avqustda başa çatacaq

Bu yaxınlarda Zəngilan Beynəlxalq Hava Limanının hava hərəkətinin idarə edilməsi qülləsinin istifadəyə verilməsi üzrə tamamlanma işləri icra olunacaq. Terminalda görüləcək işlərin avqust ayında başa çatması nəzərdə tutulur.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “AzVirt” MMC-nin Baş direktorunun müşaviri Ceyhun Səfərov söyləyib.

O qeyd edib ki, Zəngilan Beynəlxalq Hava Limanının uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni isə 60 metrdir. Perron sahəsi isə 60 min kvadratmetr təşkil edəcək.

Qeyd edək ki, Prezident İlham Əliyev ötən il aprelin 26-da Zəngilan Beynəlxalq Hava Limanının təməlini qoyub.

Zəngilan Beynəlxalq Hava Limanı bütün növ təyyarələri, o cümlədən ağır yük təyyarələrini qəbul etmək imkanına malik olacaq.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilanın coğrafi mövqeyi, yaradılmaqda olan nəqliyyat infrastrukturu rayonu beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirəcək. Buradan dəmir və avtomobil yolları keçəcək, Naxçıvana yol açılacaq.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM