satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan-Türkiyə 3-cü Enerji Forumunun Protokolu imzalanıb

Azərbaycan-Türkiyə 3-cü Enerji Forumunun Protokolu imzalanıb

Bu gün Naxçıvan şəhərində keçirilmiş Azərbaycan-Türkiyə 3-cü Enerji Forumunun Protokolu imzalanıb.

"Report"un yerli bürosu xəbər verir ki, sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar imzalayıb.

Azərbaycan-Türkiyə Enerji Forumu iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiya çərçivəsində strateji enerji əməkdaşlığının daha da möhkəmləndirilməsi məqsədilə yaradılıb. İlk Forum 2021-ci il 21-22 dekabr tarixlərində Bakı şəhərində, ikinci Forum isə 2022-ci il 5-6 oktyabr tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM