satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan "ACWA Power"lə yeni sənədlər imzalayıb

Azərbaycan "ACWA Power"lə yeni sənədlər imzalayıb

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti arasında Batareya Enerji Saxlama Sistemi (BESS) layihəsi və 200 MVt gücündə quruda külək layihəsi üçün tədbirlər təqvimi (Yol xəritəsi) imzalanıb.

Naxçıvan televiziyası xəbər verir ki, sənədlərə Dövlət Agentliyinin direktoru Cavid Abdullayev və "ACWA Power"in Azərbaycan və Türkiyə üzrə baş direktoru Selin Güven imza atıb.

İmzalanma mərasimi bu gün Naxçıvan şəhərində keçirilən Azərbaycan-Türkiyə 3-cü Enerji Forumu çərçivəsində baş tutub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM