satellite   Azerspace-1: 11135 H 30000

Türkiyəli nazir: "Ermənistanla Zəngəzur dəhlizinin açılması ilə bağlı müzakirələr gedir"

Türkiyəli nazir: "Ermənistanla Zəngəzur dəhlizinin açılması ilə bağlı müzakirələr gedir"

"Ən doğru qərar Zəngəzur dəhlizinin açılmasıdır".

Naxçıvan televiziyası xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və kommunikasiya naziri Abdulkadir Uraloğlu “A Haber”ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması ilə bağlı müzakirələr davam edir: “Ermənistan tərəfi ilə müzakirələr gedir.Amma əgər Ermənistan buna razı olmasa, biz İrandan keçən alternativ yolu açacağıq. İranla bu məsələ barədə təmaslarımız davam edir. Xatırladım ki, Türkiyə Prezidentinin Naxçıvana səfəri zamanı bu məsələ də müzakirə olunmuşdu".

Nazir qeyd edib ki, Zəngəzur dəhlizinin açılması bütün regionun və türk dövlətlərinin xeyrinə olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM