satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda problemli kreditlərin sayı 2,1 faizə qədər düşüb

Naxçıvanda problemli kreditlərin sayı 2,1 faizə qədər düşüb

Naxçıvanda problemli kreditlərin sayı ötən il 3 faiz təşkil edib.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri Elçin Əliyev media nümayəndələri ilə görüşdə deyib.

O qeyd edib ki, bu il sentyabrın 1-nə olan məlumata görə vaxtı keçmiş kreditlərin həcmi 2,1 faizə qədər düşüb: “Göstəricinin aşağı olması Naxçıvanın balaca yer olması və burada əhali arasında psixoloji durum və ictimai qınağın olmasıdır. Naxçıvanda kreditin qaytarılması mədəniyyəti daha yüksəkdir və kommersiya bankları burada daha az problemlə qarşılaşır. Bu baxımdan Naxçıvan problemli kreditlərin aşağı olduğu yerdir".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM