satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan gələn il Qarabağ və Şərqi Zəngəzura 4 milyard manata yaxın pul qoyacaq

Azərbaycan gələn il Qarabağ və Şərqi Zəngəzura 4 milyard manata yaxın pul qoyacaq

2024-cü ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin 3 milyard 825 milyon manatı və yaxud 10,4 %-i işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı xərclərin payına düşəcək.

Naxçıvan televiziyası bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 20,3 % azdır.

Qarabağ və Şərqi Zəngəzura xərcləmələr iqtisadi fəaliyyət xərclərinin 49,1 %-ni təşkil edəcək.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM