satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda “Azerbaijan İndustry Week” təşkil olunacaq

Naxçıvanda “Azerbaijan İndustry Week” təşkil olunacaq

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası-a verilən məlumata görə, 17-21 oktyabr tarixlərində Caspian Energy Club tərəfindən “Azerbaijan İndustry Week” layihəsi keçiriləcək. Bu tədbir çərçivəsində Caspian Energy Club-un fəaliyyət göstərdiyi xarici ölkələrdən sahibkarlara Azərbaycanda olan sənaye potensialının imkanları açılacaq. 

Bu layihə çerçivəsində oktyabrın 17-də Caspian Energy Club nümayəndə heyətinin Naxçıvana işgüzar səfəri təşkil olunacaq. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Biznes Mərkəzində Caspian Energy Club-ın nümayəndə heyətinin naxçıvanlı sahibkarlarla görüşü keçiriləcək.

İndustry Week-də iştirak etmək istəyən sahibkarlar aşağıdakı elektron poçt və ya telefon vasitəsi ilə əlaqə saxlaya bilərlər:

E-mail: [email protected] 

Tel.: (060-330-03-33) 

Əlaqələndirici şəxs: Rza İbrahimli

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM