satellite   Azerspace-1: 11135 H 30000

Dövlət Xidməti: 542 dövlət informasiya sistemində təhlükəsizlik boşluqları və nöqsanları aşkarlanıb

Dövlət Xidməti: 542 dövlət informasiya sistemində təhlükəsizlik boşluqları və nöqsanları aşkarlanıb

2023-cü ilin 3 rübü ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumlarında aparılan audit yoxlamaları və monitorinq nəticəsində 542 dövlət informasiya sistemində təhlükəsizlik boşluqları və nöqsanları aşkar edilib, audit hesabatları hazırlanan tövsiyələrlə bərabər aradan qaldırılması üçün müvafiq qurumlara təqdim olunub.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin dövlət qurumlarının informasiya təhlükəsizliyinin təmin edilməsi üçün gördüyü işlər üzrə doqquzaylıq bülletenində bildirilib.

Hesabata əsasən, 2022-ci ilin eyni dövrü ərzində dövlət qurumlarında aparılan audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində 380 dövlət informasiya sistemində təhlükəsizlik boşluqları və nöqsanları aşkar edilərək müvafiq qurumlara xəbərdarlıqlar edilmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM