satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda 9 ayda 4 milyon manatdan çox güzəştli kredit verilib

Naxçıvanda 9 ayda 4 milyon manatdan çox güzəştli kredit verilib

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında sahibkarlara 100 milyon manatdan çox kredit verilib, bunun 4,197 milyon manatı Sahibkarlığın İnkişafı Fondunun xətti ilə - güzəştli qaydada ayrılıb.

Naxçıvan televiziyası xəbər verir ki, bunu Nахçıvаnın iqtisаdiyyat nаziri Tapdıq Əliyev iş adamlarının iştirakı ilə keçirilən tədbirdə bildirib.

"Güzəştli kreditlərin 3,69 milyon manatı sənaye, 492 min manatı kənd təsərrüfatı, 15 min manatı isə xidmət sektorunun inkişafına yönəldilib”, - deyə o qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM