satellite   Azerspace-1: 11135 H 30000

FAO Naxçıvanda qiymətləndirmə layihəsinin icrasına başlayıb

FAO Naxçıvanda qiymətləndirmə layihəsinin icrasına başlayıb

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan nümayəndəliyi Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının dayanıqlı inkişafı və perspektivləri, əməkdaşlıq imkanlarının araşdırılması ilə bağlı layihənin icrasına başlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, bunu “Report”a açıqlamasında FAO-nun Azərbaycandakı nümayəndəsinin köməkçisi Bariz Mehdiyev bildirib.

“Bu, çox qısamüddətli qiymətləndirmə layihəsi olsa da, aparılan araşdırmalar ehtiyacların müəyyən olunmasına kömək edəcək ki, bu da gələcəkdə həmin regionda daha böyük layihələrin icra edilməsinə imkan verəcək. Ümumiyyətlə, Naxçıvanda kənd təsərrüfatı resurslarından istifadə üçün iriməbləğli layihələrin icrası nəzərdə tutulur”, - deyə o qeyd edib.

“Azərbaycanın bütün regionları diqqətimizdədir. Bütün layihələr hökumətlə danışıqlar əsasında reallaşdırılır. Biz hökumətə dəstək vermək üçün burdayıq”, - deyə B.Mehdiyev əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM