satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi SİF-in müvəkkil kredit təşkilatları ilə görüş keçirib

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi SİF-in müvəkkil kredit təşkilatları ilə görüş keçirib

Naxçıvan televiziyası xəbər verir ki, Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı  Fondu və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi Fondun 5 müvəkkil kredit təşkilatı ilə görüş keçirib. Görüşlərin keçirilməsində əsas məqsəd Naxçıvanda bizneslərin maliyyə resurslarına əlçatanlığının artırılması istiqamətində dövlət və özəl sektor əməkdaşlığını gücləndirməkdir. 

“Kapital Bank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Bank Respublika”, “AccessBank” və “Aqrarkredit”in rəhbərlərinin iştirak etdiyi görüşlərdə muxtar respublikanın biznes mühiti və burada fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına əlçatanlığı müzakirə edilib. Bildirilib ki, SİF-in müvəkkil kredit təşkilatları vasitəsilə Naxçıvan MR-də fəaliyyət göstərən 20 sahibkara ümumilikdə 1,4 milyon manata yaxın güzəştli kredit verilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM