satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda son 20 ildə özəlləşdirmədən büdcəyə daxilolmaların məbləği açıqlanıb

Naxçıvanda son 20 ildə özəlləşdirmədən büdcəyə daxilolmaların məbləği açıqlanıb

Son 20 ildə Naxçıvan Muxtar Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi nəticəsində 21 milyon 668 min manatdan artıq vəsait dövlət büdcəsinə, müəssisə və təşkilatların hesabına köçürülüb.

Naxçıvan televiziyası xəbər verir ki, bunu yerli iqtisadiyyat naziri Tapdıq Əliyev Naxçıvanda “Zəfərə gedən yolda 20 il” mövzusunda keçirilən tədbirdə bildirib.

“2003-cü ildən sonrakı dövrdə özəlləşdirmə prosesi çərçivəsində dövlət mülkiyyətində olan 1 432, o cümlədən 323 kiçik müəssisə, obyekt, 1 085 nəqliyyat vasitəsi və 1 milyon kvadratmetrdən artıq 24 torpaq sahəsi özəl mülkiyyətə keçib. Dövlət müəssisələrinin bazasında yaradılmış 53 səhmdar cəmiyyətindən 43-ü məhz həmin dövrdə özəlləşdirilib”,- deyə o qeyd edib.

Nazir dövlət satınalmalarında mikro, kiçik və orta sahibkarlıq subyektlərinin iştirakının genişləndirilməsinin daim diqqətdə saxlanıldığını vurğulayıb: “2023-cü ilin ötən dövrü ərzində 11 halda təkliflər sorğusunda istifadəyə razılıq verilib, 283 kotirovka sorğusunun və 96 açıq tenderin yekun protokollarına qanunvericiliyə müvafiq olaraq baxılıb və İqtisadiyyat Nazirliyində qeydiyyata alınıb”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM