satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanda sabit telefon abunəçilərinin sayı azalıb

Azərbaycanda sabit telefon abunəçilərinin sayı azalıb

Azərbaycanda hər 100 nəfərə düşən sabit telefon abunəçilərinin sayı azalıb. Belə ki, əvvəlki illərdə hər 100 nəfərə 15 sabit telefon abunəçisi düşürdüsə, 2022-ci ildə bu rəqəm 14 olub.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Statistika Komitəsi (DSK) və Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) birgə əməkdaşlığı ilə “Azərbaycanda Rəqəmsal İnkişaf. Faktlar. Təhlillər. Rəqəmlər” adlı statistik göstəricilər toplusunda əks olunub.

Məlumata əsasən, ölkəmizdə sabit telefon abunəçilərinin sayı 2020-ci ilədək hər il mütəmadi olaraq artsa da, son illərdə həyata keçirilən “Onlayn Azərbaycan” layihəsi çərçivəsində bütün ölkə üzrə yüksəksürətli internet xidmətlərinin əhatə dairəsi ilbəil genişləndiyindən, xüsusilə layihə çərçivəsində quraşdırılan GPON (gigabitpassiv optik şəbəkə) texnologiyası ilə internet xidmətlərindən istifadə edilməsi üçün telefon xidmətinin aktiv edilməsinin vacib olmaması, həmçinin OTT (Over The Top) xidmətlərinin mobil tətbiqlər üzərindən inkişaf etməsi səbəbindən sabit telefon abunəçilərinin sayında bir çox ölkələrdə olduğu kimi ölkəmizdə də azalması müşahidə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM