satellite   Azerspace-1: 11135 H 30000

Qurbanqulu Berdiməhəmmədov: Yaxın gələcəkdə Azərbaycana və Türkiyəyə elektrik enerjisi nəql etmək imkanımız olacaq

Qurbanqulu Berdiməhəmmədov: Yaxın gələcəkdə Azərbaycana və Türkiyəyə elektrik enerjisi nəql etmək imkanımız olacaq

Qırğızıstan-Özbəkistan-Türkmənistan marşrutu boyunca Xəzər dənizinədək uzanacaq, sonra Azərbaycana və Türkiyəyə qədər genişləndiriləcək nəqliyyat dəhlizinin yaradılması üzərində iş gedir.

Naxçıvan televiziyası xəbər verir ki, bu sözləri Türkmənistan Xalq Məsləhətinin (parlamentinin) sədri Qurbanqulu Berdiməhəmmədov deyib.

O, Türk Dövlətləri Təşkilatının (TDT) Astana Zirvə Görüşünün nəticələri barədə danışaraq vurğulayıb ki, beynəlxalq əhəmiyyətli iqtisadi layihələrin həyata keçirilməsi üçün geniş imkanlar var və onlardan səmərəli istifadə etmək lazımdır.

Parlament sədri Türk dövlətləri arasında həyata keçirilən layihələr barədə məlumat verərək bildirib: “Hazırda Türkmənistan qonşu və qardaş ölkələr olan Özbəkistana və Azərbaycana təbii qaz ixrac edir. Eyni zamanda bizim Türkmənistan qazını Xəzər dənizi vasitəsilə Azərbaycan, Türkiyə və gələcəkdə dünya bazarına ixrac etmək imkanımız var. Yaxın gələcəkdə qardaş ölkələr olan Azərbaycana və Türkiyəyə elektrik enerjisi də nəql etmək imkanımız olacaq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM