Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 134,3 milyon manat vergi daxil olub.
Naxçıvan televiziyası bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 33 % çoxdur.
