Xalq artisti Şəfiqə Məmmədova Naxçıvanda aktyor və tələbələrlə görüşüb - VİDEO

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında və Naxçıvan Dövlət Universitetində xalq artisti, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova ilə görüş keçirilib.

Xalq artistinin keçdiyi ustad dərsində aktyor və tamaşaçı münasibətləri, müasir aktyor texnikası, kamera önündə aktyorun işi və səhnə mədəniyyətinə dair digər məsələlər  müzakirə olunub, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Şəfiqə Məmmədova Hüseyn Cavidin “Xəyyam” tamaşasından bir parçanı ifa edib.

NUHÇIXAN İnformasiya Agentliyi Naxçıvan televiziyasının əməkdaşlarının mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir:                                          

                                                              Adilə Səfərova

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM