Teatrı məbəd sayan aktyor: Cəbrayıl Nəbiyev - 60 - FOTOLAR

Teatrı məbəd sayan aktyor: Cəbrayıl Nəbiyev - 60<font color=red> - FOTOLAR</font> Teatrı məbəd sayan aktyor: Cəbrayıl Nəbiyev - 60<font color=red> - FOTOLAR</font> Teatrı məbəd sayan aktyor: Cəbrayıl Nəbiyev - 60<font color=red> - FOTOLAR</font> Teatrı məbəd sayan aktyor: Cəbrayıl Nəbiyev - 60<font color=red> - FOTOLAR</font> Teatrı məbəd sayan aktyor: Cəbrayıl Nəbiyev - 60<font color=red> - FOTOLAR</font> Teatrı məbəd sayan aktyor: Cəbrayıl Nəbiyev - 60<font color=red> - FOTOLAR</font>

Teatr muzey kimidir: biz ora getməsək belə, var olduğunu bilmək bizim üçün çox xoşdur.

Qlenda Cekson - Britaniyalı aktrisa

Teatr elə bir aləmdir ki, onu təkcə tamaşaçı sevmir, həm də burada çalışan insanlar üçün də müqəddəs məkan hesab olunur. Sənət adamlarının arasında belə bir ifadə var ki, teatrdan su içən kəs bir daha buradan əl çəkə bilmir. Çünki doğma və yaradıcı atmosferə düşən hər bir adam  üçün  teatr dünyanın bir parçasına, müxtəlif hadisələrin baş verdiyi meydana çevrilir. Ömrünü bura həsr edənlər isə heç vaxt peşman olmurlar. Qazandıqları tamaşaçı sevgisi bir ömür onlar üçün bəs edir.

Budəfəki yazımın qəhrəmanı  ömrünün 30 ilə yaxın bir dövrünü Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrına  həsr edən Cəbrayıl Nəbiyevdir. Aktyorun bu  gün- iyun ayının 21-də 60 yaşı tamam olacaq. O, 1993-cü ildən bir aktyor kimi teatrın səhnəsindədir.

Cəbrayıl Nəbiyev 1961-ci ildə Şahbuz rayonunun Kükü kəndində anadan olub. Atası məşhur aşıq Fərrux Nəbiyev ailədə hər kəsə saz-söz sənətinin sirlərini öyrədib. Elə yeniyetmə Cəbrayıl da bu ailə məktəbinin yetirməsi kimi formalaşıb, incəsənətin, xalq yaradıcılığının təsiri ilə püxtələşib. Dəfələrlə 1970-80-ci illərdə keçirilən ailə festivallarında iştirak edərək, ölkə səviyyəsində birinciliklərin qalibi olub. Sonradan isə tale onu Naxçıvan Orta İxtisas Musiqi Məktəbinə gətirib. 1993-cü ildə buranı bitirəndən sonra Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında yaradıcı fəaliyyətə başlayıb. Teatrın səhnəsində bir-birindən maraqlı 50-yə qədər rol oynayıb.

Uşaqlara tamaşanı böyüklər üçün olduğu kimi, amma daha yaxşı oynamaq lazımdır.

Konstantin Stanislavski

Naxçıvan Teatrı II Dünya müharibəsindən sonra öz repertuarına davamlı olaraq uşaqlar üçün tamaşaları da daxil edirdi. Məqsəd uşaq və yeniyetmələrdə vətənpərvərlik hisslərinin artırılması, onların düzgün tərbiyə edilməsi, milli və bəşəri dəyərlərin qorunması, eyni zamanda gələcəyin potensial tamaşaçılarını yetişdirmək idi. Bu ənənə 2000-ci illərə qədər davam edib.

Cəbrayıl Nəbiyev teatrda oynadığı Xacə Məsud (“Lənkəran xanının vəziri”), Doktor Qaratay (“Afət”), Həzrət Əşrəf (“Dəli yığıncağı”), Nəroğlan (“Qız atası”), Cavuş (“İblis”), Şiraslan (“Qönçəbəyim nəğməsi”) və bir-birindən fərqli digər rollarla yanaşı uşaqların yaddaşında maraqlı obrazlarla da qalıb. Etiraf edək ki, uşaqlar üçün tamaşa oynamaq daha çətindir. Çünki onları aldatmaq və hansısa saxtakarlığı etmək mümkün deyil. Ən yaxşı tamaşaçı elə uşaqlardır. Onların sevgisini qazanan aktyorlar həmişə özlərini təsdiq edən sənətkarlardır. Cəbrayıl Nəbiyev isə bunu hələ gəncliyində bacarıb. Təkcə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında deyil, eyni zamanda Naxçıvan Dövlət Kukla Teatrı və Uşaq Teatrına da dəvətlər alaraq burada uşaqlar üçün hazırlanan tamaşalarda rol alıb. Onun uşaqlar üçün hazırlanan tamaşalarda oynadığı rollar öz səmimiliyi və təbiiliyi ilə seçilir. Elə 60 yaşlı aktyorun özü də xasiyyətcə uşaq kimi sadə və hər kəslə çox mehribandır. Bəlkə də içindəki o körpə uşağı hələ də yaşatdığı üçün oynadığı rollar bu qədər gözəl alınır. Kukla Tetarında hazırlanan Şirməmməd Qüdrətoğlunun “Ağ atlı oğlan” pyesindəki Şirəli, Uşaq Teatrında isə Vüsal Rzayevin “Dovşanın nağılı” əsərində canlandırdığı Böyük qardaş obrazları öz fərqli oyun üslubu ilə seçilib.

Səhnədə insan həyatda olduğundan bir pillə yüksək olmalıdır.

Karl Lüdviq Berne. Alman yazıçısı.

Həyatda sadə və bir qədər də dostcanlıdır. Teatrda hər kəs onunla səmimi münasibət qurur, öz dərdini danışır, özünəməxsus tərzdə etdiyi bazməzə söhbətlərə maraqla qulaq asırlar. Bir qədər yaşın verdiyi imkan, bir qədər də öz fantaziyası sayəsində baş verən hansısa gülməli hadisələrlə bağlı etdiyi söhbətlərdə sanki usta bir nağılçıdır Cəbrayıl Nəbiyev. Hadisələri olduğu kimi təsvir etmək bacarığı, yerində işlənən ifadələr onun söhbətlərini çox maraqlı edir. Həyatda sadəliyi və səmimiliyi özünə əsas amal seçən aktyor sanki rollarında da özünü təkrarlayır. Təbiiliyi həyatda olduğu kimi səhnədə də özünü göstərir. Açığı onun oynadığı rollarda heç bir əlavə artistizm, bayağılıq və tamaşaçını qıcıqlandıran şit hərəkətlər yoxdur. Obrazlar olduğu kimi, yəni aktyorun yaradıcılıq süzgəcindən keçərək real şəkildə izləyiciyə təqdim edilir.

Artıq 60 yaşın içərisindədir. Teatrda isə yaş həddi heç vaxt olmur. Burada  istedad və sənət var. Elə yaşlı aktyorlar var ki, özlərindən  20-30 yaş balaca qəhrəmanı məmnuniyyətlə və ustalıqla oynayır, elə gənclər var ki,  30-40 yaş böyüklərin obrazını canlandırırlar. Yəni 60 yaş başqa sahələrdə olanlar üçün bir qədər məhdudiyyətlərlə assosiasiya olunsa da, səhnədə bu yaş o qədər  də narahatlıq yaratmır. Çünki bu sənətin yazılmayan qanunlarına görə yalnız ona sadiq olan və istedadlı insanları sevir, onları qoruyur və yaşadır!

60 illik yubileyini təbrik edir və bundan sonra da bir-birindən maraqlı obrazlar gözləyirik aktyor Cəbrayıl Nəbiyevdən.

Səməd Canbaxşiyev

Naxçıvan Muxtar Respublikasının əməkdar artisti

Xəbər lenti
Çox oxunan xəbərlər