satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda 138-ci teatr mövsümü başa çatıb - FOTOLAR

Naxçıvanda 138-ci teatr mövsümü başa çatıb<font color=red> - FOTOLAR</font> Naxçıvanda 138-ci teatr mövsümü başa çatıb<font color=red> - FOTOLAR</font> Naxçıvanda 138-ci teatr mövsümü başa çatıb<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Musiqili Dram Teatrında 138-ci teatr mövsümü başa çatıb. Kollektiv Nikolay Vasilyeviç Qoqolun “Müfəttiş” komediyası ilə mövsümü bağlayıb.

Böyük rus ədibi, dramaturqu Nikolay Vasilyeviç Qoqolun “Müfəttiş” satirik komediyasında tamaşaçılar çar Rusiyasının kiçik bir əyalət şəhərində həyat tərzi, yuxarı dairələrin komedik durumu ilə tanış olurlar.

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Kamran Quliyev, quruluşçu rəssamı Əməkdar artist Səyyad Bayramovdur. Rollarda Xalq artistləri  Rza Xudiyev, Rövşən Hüseynov, Əməkdar artistlər Əli Əliyev, Bəhruz Haqverdiyev, Əbülfəz İmanov, Səməd Canbaxşıyev və gənc aktyorlar iştirak ediblər.

 

Hafizə Əliyeva

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM