“Əl Cəzirə” telekanalı Qarabağda dağıdılmış tarixi-mədəni irs haqqında reportaj yayımlayıb - FOTOLAR

“Əl Cəzirə” telekanalı Qarabağda dağıdılmış tarixi-mədəni irs haqqında reportaj yayımlayıb<font color=red> - FOTOLAR</font> “Əl Cəzirə” telekanalı Qarabağda dağıdılmış tarixi-mədəni irs haqqında reportaj yayımlayıb<font color=red> - FOTOLAR</font> “Əl Cəzirə” telekanalı Qarabağda dağıdılmış tarixi-mədəni irs haqqında reportaj yayımlayıb<font color=red> - FOTOLAR</font>

Nüfuzlu “Əl Cəzirə” telekanalı ermənilərin Qarabağda məhv etdikləri Azərbaycan xalqına məxsus tarixi-mədəni irs abidələri haqqında reportaj yayımlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, reportajda tədqiqatçı Bayram Niftəliyev 30 ilə yaxın işğal dövründə ermənilərin tarixi mədəniyyət abidələrini, muzeyləri, təhsil müəssisələrini, kitabxanaları, qəbiristanlıqları, məscidləri, alban və rus ortodoks kilsələrini məhv etdiklərini söyləyib. Tarixçi Şaiq Aslanov isə telekanala müsahibəsində qeyd edib ki, müharibə təkcə dinc insanları və hərbçilərin həlak olması kimi fəlakətlər gətirməyib, həmçinin tarixi-mədəni irs abidələrinin də dağıdılmasına da səbəb olub. O əlavə edib ki, Qarabağda İslam və xristian abidələrinə qarşı vandal aktları törədilib. O ümidvar olduğunu bildirib ki, bəşəriyyətin mədəni irsinin ayrılmaz hissəsi olan tarixi abidələr bir daha məhv edilməyəcək.

Azərbaycanın Xocavənd rayonunda reportaj hazırlayan telekanalın müxbiri Rəsul Sərdar qeyd edib ki, atəşkəs elan edildikdən və silahlar susduqdan sonra Azərbaycan və Ermənistanı sülhə aparan uzun yol gözləyir. Lakin insanlar ümid edirlər ki, bu torpaqlarda yaşanan dəhşətli hadisələr bir daha təkrar olunmayacaq.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM